Premyer Liqa: Bu gün “Neftçi” - “Qarabağ” oyunu baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

hakimiyyet.az xəbər verir ki, son olaraq iki oyun gerçəkləşəcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla altıncı pillədə qərarlaşıb.

Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. “Neftçi” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək. “Ağ-qaralar” 36 xalla ikinci sırada yer alıblar, “köhlən atlar” 57 xalla liderdirlər.

Azərbaycan Premyer Liqası

XXV tur

16:00. “Qəbələ” - “Səbail”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

19:00. “Neftçi” - “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Neftçi Arena”

Qeyd edək ki, daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” - “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib - 1:1.

0.093782901763916