Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, uğursuzluğa düçar olub.
Bu barədə “Wall Street Journal” (WSJ) Sudan kəşfiyyatçısı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyi ümid edirdi, həmçinin bazadan “kəşfiyyat məlumatları toplamaq” üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı.
Razılıq müqabilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib.
Qeyd olunub ki, Xartum İranın təklifindən imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəmir.