Azərbaycanın həndbol millisi Litvaya uduzub

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

hakimiyyet.az-ın məlumatına görə, yığma Litvanın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 41:26.

Millimiz fevralın 28-də rəqibini məğlub edib - 35:33.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

0.10673809051514