Azərbaycanın bədii gimnastları “Gymnastic lnternational 2024”də uğurla çıxış ediblər - FOTO

Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic lnternational 2024” turnirində uğurlu çıxış ediblər.

hakimiyyet.az-ın məlumatına görə, gənc idmançılardan Şəms Ağahüseynova gümüş, İlahə Bahadırova bürünc medal qazanıb.

Onlar müvafiq olaraq lent və topla hərəkətlərin icrasına görə mükafata layiq görülüblər.

0.1055109500885