Şahmat oynamağa rəqib tapmayanlar üçün möhtəşəm icad - VİDEO

Artıq rəqib olmadığı vaxtlarda da şahmat oynamaq mümkün olacaq. Belə ki, “InfiVention Technologies” şirkəti “Squere Off” adlı ağıllı şahmat taxtası yaradıb.

Bununla bağlı yayımlanan kadrlarda ilk baxışdan insanın gözəgörünməz bir adamla oynadığı təəssüratı yaranır. Əslində isə xüsusi proqram sayəsində kompüter proqramı ilə mübarizə aparılır. Xüsusi tətbiq vasitəsilə rəqib də dəvət etmək mümkündür.

Məlumata görə, “Square Off” məşq və yayım rejimlərinə də malikdir (bunun sayəsində digər şahmatçıların oyunlarını izləmək mümkündür).

Mənbə: “Koroçe” “Telegram” kanalı

0.087610960006714