İstanbulun Esenyurt rayonunda zərgərlik məmulatları satılan mağazaya basqın edən silahlı şəxs məqsədini həyata keçirə bilməyib.
Hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Satıcıya hədə-qorxu gələn silahlı şəxs obyektin təhlükəsizlik siqnalı işə düşəndən sonra özünü itirib.
Daha sonra satıcı öz silahını çıxararaq potensial qarətçinin mağazadan qaçıb getməsinə nail ola bilib.
Mənbə: İHA