Britaniya baş nazirinin qayınanası Hindistan parlamentinin üzvü olacaq - FOTO

Hindistan Prezidenti Draupadi Murmu Böyük Britaniyanın baş naziri Rişi Sunakın qayınanası olan yazıçı və xeyriyyəçi Sudha Murtinin namizədliyini Hindistan parlamentin yuxarı palatası üzvlüyünə irəli sürüb.

Yuxarı palatada 245 üzv var, onların əksəriyyəti ştatların və digər ərazilərin qanunverici orqanları tərəfindən seçilir. Lakin 12 üzv şəxsən Prezident tərəfindən adətən incəsənət, ədəbiyyat və elmə, habelə ictimai fəaliyyətə verdiyi töhfələrə görə təyin olunur.

Qeyd edək ki, 73 yaşlı Murti ingilis və kannada dillərində (Hindistanın cənub-qərbində danışılan dil) pedaqoq, xeyriyyəçi və yazıçı kimi tanınır.

Mənbə: lenta.ru

1.281063079834