ABŞ hökuməti kosmik tullantılara görə cərimə tətbiq etməyə başlayıb

ABŞ hökuməti yerli şirkətləri kosmik tullantılara görə cərimələməyə başlayıb.

Məlumata görə, ötən ilin oktyabrın 2-də Birləşmiş Ştatların Federal Rabitə Komissiyası kosmos tullantılarına görə tarixdə ilk dəfə cərimə tətbiq edərək, ABŞ televiziya provayderi “Dish”ə peyklərindən birini təhlükəsiz orbitə çıxara bilmədiyi üçün 150 min dollar cərimə yazıb. Həmin gün şirkətin səhmlərinin qiyməti təxminən dörd faiz (100 milyon dollar) ucuzlaşıb.

Sonra noyabrın 1-də ikinci cəhddə ABŞ Senatı yekdilliklə Orbital Sabitlik Aktını qəbul edib ki, bu da peyklər, kosmik missiyalar, müəssisələr və insanlar üçün təhlükə yarada biləcək ümumi kütləsi təxminən 8000 ton olan 900 min ədəd kosmik zibilin çıxarılması texnologiyalarına dəstək verir.

Mənbə: Lenta.ru

0.049376964569092