ABŞ Milli Qvardiyasının helikopteri Texasda qəzaya uğrayıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi məlumat verib.
Məlumata görə, hadisə nəticəsində üç nəfər - iki əsgər və sərhəd xidmətinin bir əməkdaşı ölüb, bir əsgər yaralanıb.
“Lakota UH-72” helikopteri ABŞ-Meksika sərhədi yaxınlığında, Texas ştatının La-Qrulla şəhərində qəza edib.
Hazırda hadisə yerində işlər davam edir.
“Lakota UH-72” helikopteri EADS Avropa aerokosmik konserni tərəfindən istehsal edilən yüngül çoxfunksiyalı helikopterdir və ilk uçuşunu 2006-cı ildə həyata keçirib.
Mənbə: Profile.ru