Azər Əliyev: “Azərbaycanda qış idman növlərinə aid yarışların daimi olması üçün çalışacağıq”

Azərbaycanda ilk dəfədir ki, qış idman növləri ilə bağlı beynəlxalq yarış keçirilir. Çalışacağıq ki, bu, daimi olsun və yenə belə turnirlər təşkil edilsin. Məqsədimiz budur.

Bu sözləri “Report”un Şimal bürosuna açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Şahdağda beynəlxalq xizək alpinizmi yarışının açılış mərasimində deyib.

“Ümid edirik ki, bu, sonuncu turnir deyil. Bildiyiniz kimi, nəticə də əldə etdik. Çalışacağıq ki, gələcəkdə yenə müxtəlif növlərdə qış olimpiadasında təmsil olunaq”, - deyə MOK rəsmisi əlavə edib.

Qeyd edək ki, yarışda 11 ölkənin 60-a yaxın idmançısı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak edirlər.

 

0.63362908363342