İmişlidə avtomobil qəzası: Xəsarət alanlar var

İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri - Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.10673809051514