Cəlilabadda avtomobil elektrik dirəyinə çırpılıb - FOTO

Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Şiləvəngə kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes-Benz” markalı minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb.

Nəticədə dirək zədələnib, elektrik naqilləri qırılıb və yolun hərəkət hissəsinə tökülüb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

0.088622093200684