Rusiyanın Ulyanovsk şəhərində məktəbli qız 16-cı mərtəbədən yıxılaraq sağ qalıb.
Məlumata görə, hadisə Şolmova küçəsində yerləşən çoxmərtəbəli binada baş verib.
Zərərçəkmiş şəhər xəstəxanalarından birinə aparılıb.
Bildirilib ki, 10-cu sinif şagirdi mənzilinin pəncərəsindən yıxılıb. Məlum olub ki, hadisə zamanı qızın anası mağazaya gedib.
Mənbə: RenTV