Ronaldunun komandası Asiya Çempionlar Liqasından kənarda qaldı - VİDEO

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda BƏƏ-nin “Əl-Ayn” komandası ilə qarşılaşıb.

Matçın ilk hissəsi Qətərdəki birinci oyunda “Əl-Ayn”ın qələbə topunun müəllifi olan Rahiminin dublu ilə yadda qalıb. Lakin sonradan toparlanan “Ən-Nəsr” geridönüş edərək 3:2 hesablı qələbə qazanıb. Belə olduqda, iki görüşün nəticəsinə görə (3:3) əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtda “Ən-Nəsr” meydanda azlıqda qalıb. Bundan istifadə edən qonaqlar daha bir dəfə fərqlənərək matçda hesabı bərabərləşdiriblər, ümumi hesabda isə üstünlük əldə ediblər. Əlavə vaxtın son dəqiqələrində “Ən-Nəsr”in kapitanı Kriştianu Ronaldu penaltidən komandasını ümidləndirib - 4:3 (4:4).

Amma futbol lotereyası hesab olunan penaltilər seriyasında Ronaldudan savayı “Ən-Nəsr”in heç bir oyunçusu qapını dəqiq nişan ala bilməyib və nəticədə komanda Çempionlar Liqasından kənarda qalıb.

Qeyd edək ki, “Əl-Ayn” Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” - “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.

 

0.066938877105713