Türkiyəli mütəxəssisdən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

Türkiyədə Qara dənizdə dörd bal gücündə baş verən zəlzələdən sonra məşhur türkiyəli mütəxəssis, yerşünas Naci Görür xəbərdarlıq edib.

O, bununla bağlı sosial media hesabında paylaşım edib.

“Samsun Taflan sahillərində dörd bal gücündə zəlzələ olub. Bu zəlzələ çox güman ki, sahilə paralel, cənuba doğru uzanan qırılma xətləri ilə əlaqədardır. Ölkəmizin sahilləri müəyyən dərəcədə şimala, dənizə doğru irəliləyir”, - deyə Naci Görür bildirib.

Xatırladaq ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 03:10-da episentri Qara dəniz sahillərində olan dörd bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri Samsun vilayətinin Körfezi-Atakum rayonundan 17,48 kilometr məsafədə yerləşib və 18,27 kilometr dərinlikdə müəyyən edilib. Şəhərdə zəlzələni hiss edən sakinlər çölə çıxaraq gözləməyə başlayıblar.

Mənbə: Haber Global

0.08169412612915