Bakıda birmərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin bir otağının tavanı 7 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.10787296295166