İmişli rayon sakini ona səhv əlillik verildiyini iddia edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, vətəndaşın sol qolu amputasiya olunsa da, ona ürək xəstəsi kimi əlillik verilib.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq.
Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, İmişli rayon sakini İlqar Seymur oğlu Qurbanovun paylaşdığı videoda sol qolunun amputasiyası olduğu halda guya ona ürək xəstəliyi ilə bağlı əlillik təyin edildiyi barədə söylədikləri əsassızdır:
“İlqar Qurbanova “sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası” diaqnozuna uyğun olaraq əlillik təyinatı aparılıb.
Ona orqanizm funksiyalarının 80%-nin pozulmasına görə, yəni 2-ci dərəcəli müddətsiz (ömürlük) əlillik təyin edilib.
Həmin əlillik dərəcəsi üzrə də İlqar Qurbanova e-sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin təyinatı aparılıb”.
İlhamə Əbülfət