Hindistanda baş nazirin iştirak etdiyi təlimlərdə döyüş təyyarəsi qəzaya uğradı - FOTO

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı döyüş təyyarəsi ölkənin şimal-qərbindəki Racastan əyalətində qəzaya uğrayıb.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin “X” hesabında məlumat verilib.

“Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” təyyarəsi hərbi uçuş zamanı Caysalmerdə qəzaya uğrayıb. “Tejas” yerli istehsal olan yüngül döyüş təyyarəsidir”, - deyə məlumatda bildirilib.

Britaniyanın yerli nəşrlərinin yazdığına görə, bu, 23 il əvvəl havaya qalxan “Tejas” təyyarəsinin ilk qəzasıdır.

“Pilot uğurlu şəkildə katapult edib. Hadisənin səbəblərinin müəyyən edilməsi üçün istintaq komissiyası yaradılıb”, - deyə məlumatda qeyd edilib.

Hadisə Hindistanın Baş naziri Narendra Modinin də iştirak etdiyi Racastan əyalətinin Poxrana rayonunda canlı atəş və manevr təlimləri zamanı baş verib. Qəzaya uğrayan təyyarənin təlimlərdə iştirak edib-etmədiyi ilə bağlı dəqiq məlumat yoxdur.

Mənbə: Anadolu

0.98113012313843