Beynəlxalq “Booker” Mükafatı namizədlərin uzun siyahısını açıqlayıb. 2024-cü ildə 13 kitab mükafat uğrunda mübarizə aparır.
Mükafat münsifləri 1 may 2023-cü il və 30 aprel 2024-cü il tarixləri arasında nəşr olunan 149 kitab arasından uzun siyahı üçün əsərlər seçiblər. Bu rəqəm Beynəlxalq “Booker” Mükafatının 2016-cı ildə yenidən fəaliyyətə başlamasından bəri rekord göstəricidir. Bu mövsüm müsabiqəyə 32 dildə yazılmış kitablar daxildir. Namizədlərin dörddə biri Cənubi Amerikadan olan müəlliflər tərəfindən yazılıb.
2024-cü ildə Beynəlxalq “Booker” Mükafatının uzun siyahısına Andrey Kurkov, İsmayıl Kadere, Yente Postuma, İtamar Vieyra, Selva Almada, Cenni Erpenbek, Rodriqo Blanko Kalderon, Ya Genberq, Qabriela Viner, Ursula Honek, Hvan Sok Yon, Domeniko Starnone, Veronika Raymo daxildir.
Siyahıya düşən kitablar əsasən cəsarət və xeyirxahlıqdan, tiranlığa qarşı durmağın nəticələrindən bəhs edir.
Qısa siyahı aprelin 9-da çıxacaq. Qalib isə mayın 21-də elan olunacaq.
Qeyd edək ki, 2023-cü ildə bolqar yazıçısı Georgi Qospodinov “Zamanın sığınacağı” romanına görə Beynəlxalq “Booker” Mükafatını alıb.
Mənbə: readrate.com