Avropa Parlamentindən Ermənistanla bağlı tövsiyə: “Perspektivləri qiymətləndirilsin”

Avropa Parlamenti Ermənistana Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun verilməsi perspektivlərinin qiymətləndirilməsini tövsiyə edən qətnaməni təsdiqləyib.

Caliber.az xəbər verir ki, qətnaməni 504 deputat dəstəkləyib, dörd deputat əleyhinə çıxıb, 32 deputat isə bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamə layihəsində deyilir.

0.067630052566528