Mingəçevir şəhərində intihara cəhd edən şəxs xilas olunan zaman boğazından bıçaq xəsarəti alıb.
“Report”un məlumatına görə, mənzillərin birində 41 yaşlı N.Mikayılov özünü asaraq intihar etmək istəyib. Bu zaman yaxınlarından biri onu xilas etmək üçün boğazındakı ipi kəsən zaman ehtiyatsızlıqdan bıçaqla ona xəsarət yetirib.
Zərərçəkən xəstəxanaya çatdırılıb.
Onun hansı səbəbdən intihara cəhd etməsi isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.