Yeni “Titanik” suya buraxılacaq

“Titanik”in yeni nüsxəsi üç ildən sonra okeana çıxacaq.

Avstraliyalı milyarder Kliv Palmer bunu öz vəsaiti ilə edəcək.

Biznesmen layihə ideyasını 12 il əvvəl ortaya atsa da, pandemiya səbəbindən onun icrası təxirə salınıb.

“Titanik”də daxili elementlərin də eyni olması planlaşdırılır.

Milyarder rahatlıq və əyləncəyə xüsusi diqqət ayıracağına söz verib.

“Titanik II”nin 2027-ci ilin iyununda suya buraxılması planlaşdırılır.

Laynerin uzunluğu təxminən 700 metr, eni isə 32 metrdən çox olacaq. Gəminin doqquz göyərtəsi və 835 kabinəsi olacaq. Orada iki mindən çox sərnişin yerləşə biləcək.

Palmerin özü Avropa şirkətinin gəminin istehsalçısı olacağını gözləyir. O, layihəyə 500 min dollardan bir milyard dollara qədər pul xərcləməyi planlaşdırır.

Mənbə: kommersant.ru

0.14443802833557