Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib - VİDEO

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib.

Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib.

Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub.

Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb.

Kaluqa vilayətinin Kirovski rayonunda və Kaluqa şəhərinin kənarında infrastruktura hücum etmək istəyərkən iki dron zərərsizləşdirilib.

Belqorod vilayətində isə dörd pilotsuz aparat Oktyabrski kəndinə partlayıcı qurğular atıb, elektrik və qaz xətləri zədələnib.

Həmçinin, Ukrayna Silahlı Qüvvələri S-200 ballistik raketindən istifadə edərək hücum həyata keçirib. Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk vilayətində hava hədəfini məhv edib. Ölən və yaralananlar olmayıb.

Mənbə: Shot

0.20731997489929