İranın elektrik şəbəkəsi Rusiyaya qoşulacaq - FOTO

İran ölkənin elektrik şəbəkəsinin Rusiyaya qoşulması üçün Azərbaycanla danışıqlar aparır.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranın energetika naziri Əli Əkbər Mehrabiana istinadən məlumat yayıb.

“Ötən illər ərzində İran və Azərbaycan arasında bir çox ortaq layihələr müəyyən edilib. Azərbaycanın energetika naziri ilə İran və Rusiyanın elektrik enerjisi sisteminin bu ölkə üzərindən birləşdirilməsi ilə bağlı uğurlu danışıqlar aparılıb”, - deyə iranlı nazir bildirib.

 

0.076863050460815