FIFA prezidenti Canni İnfantino ötən gecə “Trabzonspor” - “Fənərbağça” matçından sonra baş verənlərlə bağlı fikrini bildirib.
O bu barədə özünün sosial media hesabında paylaşım edib.
“Trabzonspor” - “Fənərbağça” qarşılaşmasından sonra baş verən zorakılıq qətiyyən qəbuledilməzdir. Meydanda və ya meydandan kənarda, nə idmanımızda, nə də cəmiyyətimizdə zorakılığa yer yoxdur. Bunu əvvəllər də demişəm, yenə də deyirəm, futbolda istisnasız olaraq bütün oyunçuların, dünyanın hər yerindəki bir çox insana böyük sevinc bəxş edən bir oyun nümayiş etdirmələri üçün təhlükəsiz və etibarlı şərtlər olmalıdır. Mən müvafiq orqanlara bütün səviyyələrdə buna hörmət edilməsini, Trabzonda baş verən sarsıdıcı hadisələrin səbəbkarlarının əməllərinə görə cavab verməsinə çağırıram”, - deyə o, paylaşımda qeyd edib.
Mənbə: Haber Global