Dənizkənarı Milli Park Baharın gəlişini qeyd edir FOTOLAR

Korrupsiya.az xəbər verir ki, Dənizkənarı Milli Park Novruz bayramına aid müxtəlif bəzəklər və kompozisiyalarla bəzədilib.

Bu şəhərcikdə Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilir. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, əks etdirilib.

Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olub. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram abu-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək.

Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

0.12588691711426