Fransa silahlı qüvvələri iki minə yaxın hərbçini Ukraynaya göndərmək üçün hazırlayır.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Ölkənin hazırkı rəhbərliyi sadə fransızların ölümü və generalların narahatlığı ilə maraqlanmır. Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumatlara görə, artıq Ukraynaya göndərilmək üçün kontingent hazırlanır. İlkin mərhələdə bu, təxminən iki min nəfər olacaq”, - Narışkin bildirib.
O əlavə edib ki, fransız generalları qorxurlar ki, bu qədər əhəmiyyətli qoşun kontingentini sakitcə Ukraynaya keçirmək çətin olacaq. Bu, fransız əsgərlərini Rusiya təyyarələri və raketləri üçün hədəfə çevirəcək.
Mənbə: gazeta.ru