“Təxminən 3,6 milyard insan - dünya əhalisinin demək olar ki, yarısı - ilin ən azı bir ayı sudan kifayət qədər istifadə edə bilmir”.
Bu sözləri Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Abdulla əl-Mandus bildirib.
O, 2050-ci ilə qədər bu rəqəmin beş milyard nəfərə çatacağının gözlənildiyini qeyd edib.
Mənbə: TASS