Azərbaycan Premyer Liqasında qarşıdakı iki turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında XXIX və XXX turların proqramları açıqlanıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, qarşılaşmalar apreldə baş tutacaq.

XXX turun mərkəzi oyununda “Sabah” klubu “Qarabağ”ı “Bank Respublika Arena”da sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası

XXIX tur

5 aprel (cümə)

20:00. “Araz-Naxçıvan” - “Kəpəz”

“Liv Bona Dea Arena”

6 aprel (şənbə)

16:00. “Turan Tovuz” - “Sabah”

Tovuz şəhər stadionu

20:00. “Qarabağ” - “Səbail”

Tofiq Bəhramov adına Respublika stadionu

7 aprel (bazar)

16:30. “Zirə” - “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” - “Sumqayıt”

“Neftçi Arena”

XXX tur

12 aprel (cümə)

19:00. “Sumqayıt” - “Zirə”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

13 aprel (şənbə)

16:30. “Qəbələ” - “Turan Tovuz”

Qəbələ şəhər stadionu

19:00. “Neftçi” - “Araz-Naxçıvan”

“Neftçi Arena”

14 aprel (bazar)

16:30. “Səbail” - “Kəpəz”

“ASCO Arena”

19:00. “Sabah” - “Qarabağ”

“Bank Respublika Arena”

0.047276020050049