Xankəndidə xeyli silah-sursat tapılıb

Xankəndidə xeyli silah-sursat tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, bir pulemyot, dörd tapança, üç tüfəng, bir qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8 602 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

0.081984043121338