Rusiyanın “Spartak” klubunun “Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gətirəcəyi heyət açıqlanıb.
hakimiyyet.az xəbər verir ki, baş məşqçi Gilyermo Abaskal heyətə 18 futbolçu cəlb edib.
Onlardan üçü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, biri isə hücumçudur. Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina Bakıya gəlməyəcəklər.
Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov.
Müdafiəçilər: Danil Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomaş Tavareş, Nikita Çernov, Dmitri İvanikov.
Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov.
Hücumçu: Aleksandr Sobolyev.
Qeyd edək ki, martın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Spartak” görüşü saat 18:00-da başlayacaq.