"Televiziya da bir silahdır.Onun səmərəsi bu silahın kimin əlində olmasından və kimə qarşı istifadə edilməsindən asılıdır".

Hakimiyyet.az informasiya agentliyi Bahadur Əliyevin yazısını oxuculara təqdim edir.

Düşünürəm ki, hər şey televiziya rəhbərliyindən daha çox televiziya rəhbərliyinə, təsir edə bilən dairələrin məqsədindən asılıdır. Əgər məqsəd cəmiyyəti ciddi informasiya ilə təmin etmək olarsa, onda sosial və digər bəyağı verilişlər efirə yol açmaz . Yox, əgər məqsəd “Dallas doktrinası”na uyğun öhdəliyi yerinə yetirməkdirsə, yəni- “Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına zorakılıq, seks kultu, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd şeyləri yeritməliyik.

Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Dürüstlük və vicdan məhv olacaq, keçmişin mənasız qalıqları sayılacaq. Bundan çox az adam xəbər tutacaq, hətta nə baş verdiyini biləcəklər də. Onları gülünc vəziyyətə salıb, acı durumda qoyacağıq” bu kimi acı reallığı əks etdirən verilişlər daha da artacaq.

Əgər cəmiyyətdə bütün bunlara qarşı etiraz varsa,deməli hər birimiz bu işdə fəal olub gələcəyimiz naminə mübarizə aparmalıyıq.

0.080903053283691