Bakıda evdən oğurluq edən şəxs saxlanılıb

Martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 2 000 ABŞ dollarının oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Hüseyn Sultanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.089476108551025