Polisin keçirdiyi əməliyyat zamanı 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

0.081590175628662