Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan layiqli qələbə qazanıb”

“Azərbaycan millisi layiqli qələbə qazandı”.

“Report”un məlumatına görə, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: 

“Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək üçün imkanım olmadı. Yalnız sonradan matçın fraqmentlərini izləyə bildik. Amma onlar dominant oyun sərgiləyərək layiqli qələbə qazandılar”.

Qeyd edək ki, Azərbaycan millisi “FIFA series - Edition 2024” turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0.092700004577637