Knaysl: “Berbok və fon der Lyayen özlərini 13 yaşlı yeniyetmələr kimi aparırlar”

“Almaniyanın xarici işlər naziri Annalena Berbok və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özlərini 13 yaşlı yeniyetmələr kimi aparırlar”.

Bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl “Belqrad” filmi ilə bağlı müsahibəsində bildirib.

Politoloq bugünkü Avropanı “uşaq”ların idarə etdiyini vurğulayıb.

“Mən deyərdim ki, indi kürsülərdə yeniyetmələr oturublar. Yaşlarına baxmayaraq, onlar yetkin deyillər. Xanım Ursula fon der Lyayen daha çox yeniyetmə yanaşmasına malikdir - o, bütün hərəkətləri sona qədər fikirləşən, nəticələrini düşünən yetkin, kamil insan kimi davranmır”, - deyə Avstriya XİN-in keçmiş rəhbəri bildirib.

O, həmçinin, Annalena Berbokun da uşaqlıq etdiyini deyib:

“Mən onları yeniyetmə adlandırıram, çünki onlar mənə qapını çırpıb otağına kilidlənən, ətrafdakı dünyadan təcrid olunan 13 yaşlıları xatırladırlar. Onlar, həqiqətən, 13 yaşlı uşaqlar kimidirlər və bu, problemdir”.

Politoloq bu gün Avropada tərəfdaş tapmağın çətin olduğunu vurğulayıb.

“Əsl cənablar və xanımlar getdilər”, - deyə Knaysl sözlərini yekunlaşdırıb.

Mənbə: TASS

0.046535015106201