Maduro sui-qəsdə məruz qaldığını açıqlayıb

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə ona qarşı planlanan sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

O, bu barədə yerli telekanallardan birinə verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, təkcə bu ay ərzində iki venesuelalı dövlət başçısına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

2024-cü ilin yanvarında isə ölkənin müxalifət partiyasının 32 üzvü ABŞ-nin köməyi ilə N. Maduroya qarşı sui-qəsd təşkil etməkdə ittiham edilərək həbs edilib.

Xatırladaq ki, N. Maduro 2013-cü ildən Venesuelanın prezidentidir.

Mənbə: “Venezolana de Television”

0.057409048080444