Kolumbiya İsraillə diplomatik əlaqələri kəsə bilər

BMT-nin qətnaməsinə uyğun olaraq, İsrail Qəzza zolağında atəşi dayandırmasa Kolumbiya bu ölkə ilə diplomatik münasibətləri kəsəcək.

Müvafiq bəyanatla Cənubi Amerika respublikasının Prezidenti Qustavo Petro çıxış edib.

Qeyd edək ki, martın 25-də BMT Təhlükəsizlik Şurası Ramazan ayı ərzində Qəzza zolağında dərhal atəşkəs tələbini özündə əks etdirən qətnamə qəbul edib. Böyük Britaniya, Çin, Rusiya və Fransa da daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının 14 ölkəsi qətnamənin lehinə səs verib. Yalnız ABŞ bitərəf qalıb.

Mənbə: TASS

0.075380086898804