Üç yaşlı Milay kəskin leykozdan əziyyət çəkir.
Bu barədə hakimiyyet.az-a onun anası Səbinə Məmmədova məlumat verib.
O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.
“Həyat yoldaşımla mən ötən ilin may ayında avtomobil qəzasına düşdük. Qəza zamanı yoldaşım həyatını itirdi, mənim isə ayaq barmaqlarım amputasiya edildi. Yoldaşım həyatda olduğu müddətdə Milayın müalicəsini rahatlıqla edə bilirdik. Amma onu itirəndən maddi vəziyyətimiz də çətinləşib”.
Səbinə Məmmədova qızının ötən ilin may ayında ilik köçürmə əməliyyatı keçirdiyini deyib.
“Ötən ilin may ayında qızım Türkiyədə yerləşən xəstəxanalardan birində ilikköçürmə əməliyyatı keçirdi. Əməliyyat üçün lazım olan məbləğin bir hissəsini sizin saytın oxucularının dəstəyi ilə toplaya bildik. Hazırda Milayın müalicəyə ehtiyacı var. Bunun üçün isə 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən Milaya yenidən dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 443-70-22.
Kapital Bank: 4169 7388 9887 2357.