Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib.
O, bu planları barədə NEWS.ru-ya müsahibəsində deyib.
“Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdim ki, xarici agentlər qəsrdəki özəl həbsxanamda oturub tabut və abidələrin istehsalı üzərində işləsinlər. Orada çox iş olacaq. Bizim şəxsi ordumuz var, niyə özəl həbsxana olmasın? Bizdə artıq cəza yox, yenidən tərbiyələndirmə olacaq. Xarici agent olan artistlər Vətənə məhəbbətdən bəhs edən kitablar oxuyacaqlar, vətənpərvərlik yaradıcılığı ilə məşğul olacaqlar”, - deyə Baretski bildirib.
Şoumenin sözlərinə görə, Alla Puqaçovanın qəsrindəki binalar elə məhz həbsxanaya bənzəyir: uzun dəhlizlər və yan tərəflərdə kiçik otaqlar.
“Alla Borisovnanın bunu nə üçün etdiyini bilmirəm, bəlkə onun da həbsxana ilə bağlı fikirləri var idi, bəlkə o, rəqib sənətçilər üçün həbsxana qurmaq istəyirdi?”, - deyə Baretski əlavə edib.