Qazaxıstanın Ukraynadakı səfirliyi həmvətənlərinə təhlükəsizlik baxımından Odessa və Xarkov vilayətlərini tərk etməyi tövsiyə edib.
“Ukraynanın Odessa və Xarkov vilayətlərində artan gərginlik və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qazaxıstan Respublikasının Ukraynadakı Səfirliyi Qazaxıstan vətəndaşlarına bu bölgələri tərk etmək barədə düşünməyi tövsiyə edir”, - səfirliyin məlumatında deyilir.
Həmçinin, səfirlik qazaxıstanlılara Ukraynadan Qazaxıstana iki yerüstü marşrutla - Polşa və ya Moldovadan keçməyi, sonra isə kommersiya aviareysləri ilə qayıtmağı məsləhət görüb.
Mənbə: TASS