Hollivud ulduzu Kristofer Nolanın karyerasını necə xilas etdiyindən danışdı - FOTO

Hollivud ulduzu Enn Heteuey etiraf edib ki, 2013-cü ildə “Les Miserables” (“Səfillər”) filmində “Fantina” roluna görə “Oskar” aldıqdan sonra uzun müddət iş tapa bilməyib və karyerası məhv olmaq üzrə olub. Ancaq rejissor Kristofer Nolanın “Interstellar” filminə dəvəti onu xilas edib.

Bu barədə aktrisa “Vanity Fair” jurnalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, həmin vaxtlar ictimai imicinə görə (bəziləri “toksik” adlandırırdı) internetdə ağır tənqidlərə məruz qalıb. Rejissorlarda bundan çəkinərək ona rol verməkdən imtina ediblər.

“Mənim Kristofer Nolanın simasında yazılan heç nə ilə maraqlanmayan mələyim var. O mənə indiyə qədər çəkildiyim ən yaxşı filmlərdən birində oynadığım ən böyük rollardan birini verdi”, - deyə Heteuey olanları xatırlayıb.

Qeyd edək ki, “Interstellar” 2014-cü ildə debüt edib və dünya üzrə 733 milyon dollar kassa gəliri əldə edib.

Heteuey, həmçinin Nolan üçün “Qara Cəngavər” (“The Dark Knight”) franşizasının finalında “Pişik Qadın” (Selina Kayl) rolunu oynayıb.

0.092701196670532