VAZ divara çırpıldı: Xəsarət alanlar var - FOTO

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb.

Nəticədə sərnişinlər Fuad Əlişan oğlu Məmməd və Yaşar Elvin oğlu Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Şəxslərin birinin vəziyyətinin ağır olduğunu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

0.083926916122437