Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə 30 böyük şəhərin bələdiyyə sədrlərinin seçiləcəyi bələdiyyə seçkilərində səsvermə başlayıb.

Səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Sosioloqlar seçkilərdə əsas qarşıdurmanın İstanbul və Ankara ətrafında baş verəcəyini gözləyirlər.

Seçki günü ölkədə siyasi təşviqat və spirtli içkilərin satışı qadağan edilir, səsvermə zamanı əyləncə məkanları bağlanır. Seçki məntəqələrində bülletenlərin doldurulması üçün kabinələrə foto və video çəkiliş qabiliyyətinə malik mobil telefonların gətirilməsi qadağandır.

Seçkilərin ilk nəticələrinin axşam saatlarında məlum olacağı gözlənilir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, yerli seçkilərin nəticələri ləğv olunarsa, proses iyunun 2-də yenidən keçiriləcək.

Mənbə: TASS

0.43659901618958