Beş yaşlı Eminin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Xatirə Əliyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə görmə məhdudiyyətlidir.
“Eminin beş yaşı var. Göz almasının degenerativ vəziyyəti xəstəliyindən əziyyət çəkir. İki gözü də görmür. İllərdir müalicələr etdirsək də, demək olar ki, heç bir irəliləyiş qeydə alınmamışdı. Onun görməsinin bir az da olsa düzəlməsi üçün Rusiyanın Ufa şəhərində əməliyyat olundu. Hazırda Eminin müalicəsi üçün 500 manata ehtiyacımız var”.
Xatirə Əliyeva yardımsevər şəxsləri övladına dəstək olmağa çağırıb:
“Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını, bu çətin zamanda yanımızda olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 655-42-34.
Unibank: 5243 7544 4327 3790.