Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü A.Məmmədov və 1995-ci il təvəllüdlü V.Vəlixanova xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Qeyd edək ki, nəqliyyat vasitələrindən biri taksi olub.
Faktla bağlı araşdırma aparılır.