Səkkiz yaşlı Sərxanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Zeynəb İmamquliyeva məlumat verib.
Bildirilib ki, övladı ötən ilin noyabrında evdə qaz balonunun partlaması nəticəsində yanıb.
“Sərxanın səkkiz yaşı var. Dərsdən gələndə özünə yemək qızdırmaq istəyib. Necə olubsa, qaz balonu partlayıb. Qolları, ayaqları, üzü yanıb. Hadisədən dərhal sonra Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Sərxan orada dəriköçürmə əməliyyatı keçirdi. Daha sonra evimizə qayıtdıq. Əməliyyatdan sonra dərinin tutması üçün müalicələri davam etdirməliyik. Yaralarına çəkməyə aldığımız mazlar 40-50 manatdır, onların da biri iki-üç günə bitir. İnanın, tamamilə tükənmişik. Son bir ayda isə yalnız sizin saytın izləyicilərinin dəstəyi ilə Sərxanın müalicələrini davam etdirə bilirik. Hazırda mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 982-76-26.
Kart: 4169 7388 7731 6020.