İsrailin cənubundakı Tel Şeva bədəvi qəsəbəsində aprelin 1-nə keçən gecə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı (adı açıqlanmır) saxlanılıb.
O, terror təşkilatı ilə əlaqədə olmaqda və terrorizmə təhrik etməkdə şübhəli bilinir.
İsmayıl Haniyənin 57 yaşlı bacısının tutulması üçün keçirilən əməliyyat “Sübh tezdən” kod adı alıb. Onun evinə baxış zamanı sənədlər, mobil telefonlar, şekel və xarici valyutalar şəklində külli miqdarda vəsait aşkar edilib. Qadın sorğu-sual üçün Negevdəki mərkəzi polis qərargahına aparılıb.
Gün ərzində o, Beer-Şeva məhkəməsinə aparılacaq.
Mənbə: Vesty.co.il