Türkiyənin hakim partiyasından növbədənkənar seçki ilə bağlı AÇIQLAMA

Türkiyə hakimiyyəti keçmiş bələdiyyə seçkilərinin nəticələrini nəzərə alaraq növbədənkənar ümumi və prezident seçkisi elan etməyi planlaşdırmır, bu cür çağırışları mənasız hesab edir.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik partiyanın sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən icraiyyə komitəsinin iclasından sonra deyib.

“Əlbəttə, belə çağırışların heç bir mənası yoxdur. Keçən ilin may ayında bizdə parlament və prezident seçkisi oldu. Prezident və hökumət 5 illik səlahiyyətlər aldılar. Onların hələ 4,5 ildən çox səlahiyyətləri var və bu müddət ərzində onlar işləyəcəklər. İndiki bələdiyyə seçkisi ilə ümumi seçkiləri qarışdırmağa çalışmaq lazım deyil”, - o bildirib.

Mənbə: Haber Global

0.048369884490967