“Nyukasl” son dəqiqələrdə qələbəni əldən verdi - VİDEO

İngiltərə Premyer Liqasında 30-cu tur çərçivəsində “Nyukasl” - “Everton” matçı baş tutub.

Oyunda hesabı 15-ci dəqiqədə ev sahibləri açsalar da, üstünlüklərini sonadək qoruya bilməyiblər. 88-ci dəqiqədə dəqiq penalti zərbəsi “sağsağan”ları əlverişli nəticədən məhrum edib və komanda bir xalla kifayətlənməyə məcbur qalıb - 1:1.

Bu nəticədən sonra “Nyukasl” 44 xalla 8-cidir. “Everton” isə 26 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.

 

0.084051132202148